Dərc edilib: 11-09-2025

https://www.nuh.az/42950-.html

Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto

11.09.2025 11:37:44

LIVE

Sabah daha 4 itkin şəhidimiz dəfn ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Vəliyev Murad Məlikməmməd oğlu sentyabrın 12-si saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, Abdullayev Cəlal Xankişi oğlu saat 12:00-da Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsinin qəbiristanlığında, Zərbəliyev Ayaz Əsgəralı oğlu saat 14:00-da Göyçay şəhəri Şəhidlər xiyabanında, Qayıbov Vəkil Möylan oğlu saat 15:00-da Qəbələ rayonu Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib