Dərc edilib: 14-09-2025

https://www.nuh.az/42986-.html

Bu gün Elçin Mahmudovun doğum günüdür

14.09.2025 15:20:53

Hadisə

 

Bu gün səmimi insan, sədaqətli dost, gözəl ailə başçısı Elçin Bilal oğlu Mahmudovun doğum günüdür.
Elçin  Mahmudov  Tər-Tər rayonunda ziyalı ailəsində anadan olub. İnstitutu bitirdikdən sonra, gənc yaşlarında İsmayıllı rayonunda bir çox vəzifələrdə işləyib. Sonra Bakıda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Əvvəlcə Bakı şəhər XDS İcraiyyə Komitəsində İqtisadi İnkişaf  şöbəsinin müdiri olub, sonrakı fəaliyyətini AZƏRİTTİFAQ-la bağlayıb. Burada Təşkilat, kadrlar, tədris müəssisələri idarəsinin rəisi, İdarə Heyyətinin  üzvü olmuşdur. Hal-hazırda AZƏRİTTİFAQ-da Departament rəisidir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, " Demokratiya" və " Azərbaycan Kooperasiyası" qəzetlərinin baş redaktorudur.
Əziz dostumuz Elçin müəllim!  Sizi təbrik edir, neçə belə xoşbəxt uğurlu illər arzulayırıq.
Doğum gününüz mübarək!

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib