Dərc edilib: 16-09-2025

https://www.nuh.az/43002-.html

Azərbaycan təhsil xərclərini 1 % artırır

16.09.2025 11:23:02

LIVE

2026-cı il dövlət büdcəsində təhsil üzrə xərclərə 4 milyard 985.8 milyon manat ayrılması proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında yer alıb.

Bildirilir ki, təhsil üzrə xərclərin büdcədə xüsusi çəkisi 12 faiz olacaq.

Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 % çoxdur. 2025-ci ildə büdcədə təhsil üzrə 4 937 283 246,0 manat xərc nəzərdə tutulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib