Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
Ağsu rayonunun sakini Zaur Məmmədov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib:
Cənab nazir !
Bir neçə dəfə Sizin qəbulunuzda olmuşam.
Hər dəfə qəbulda olarkən Sizin vətəndaşları səbrlə, təmkinlə, sonadək dinləməyinizin və ən əsası vətəndaşların problemlərinin həlli üçün operativ göstərişlər verməyinizin canlı şahidi olmuşam.
Hörmətli Vilayət müəllim !
Möhtərəm Müzəffər Prezidentimiz cənab İlham Əliyev buyurduğu kimi hər bir məmur xalqın xidmətində olmalıdır. Amma təəssüf ki, bəzən bu qəbullar sadəcə görüntü üçün keçirilir.
Sizin keçirdiyiniz qəbullarda olarkən müşahidə etdiyim ən əsas məsələ vətəndaşlara qayğı ilə yanaşmanız, sadə dildə desəm onların dərdinə şərik olmağınız və çıxış yollarını göstərməyinizdir.
Cənab nazir !
Belə halları görəndə adamın öz dövlətinə, öz Prezidentinə, öz Nazirinə hörməti birə min qat artır. Hətta adamın özünə də hörməti artır.
Hörmətli Vilayət müəllim !
Mən Sizinlə görüş və qəbullar zamanı mənimlə eyni fikirdə olan sadə vətəndaşların da adından Sizə təşəkkürümü bildirirəm.
Allah dövlətimizi, Prezidentimizi, Sizi qorusun !
Dərin hörmət və ehtiramla Ağsu rayon sakini Zaur Məmmədov.