Dərc edilib: 19-09-2025

https://www.nuh.az/43028-.html

Stalinin böyük xidmətini unutmamalıyıq. Stalinqrad şəhərinin adı qaytarılmalıdır –Putin

19.09.2025 00:04:32

LIVE

“İosif  Stalin SSRİ-nin və bütün müttəfiq qüvvələrin faşist Almaniyası üzərində qələbəsinə çox böyük töhfə verib“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin parlamentin fraksiya rəhbərləri ilə görüşündə bildirib.

Putin bildirib ki, bunu heç kim unutmamalıdır. O, Stalinin səylərinin siyasiətdən kənar saxlanmalı olduğunu vurğulayıb.  Putin eyni zamanda Stalinqrad adının bərpası ilə bağlı təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu qeyd edib.

“Volqoqrada “Stalinqrad” adına qaytarılması məsələsini bölgə sakinləri özləri həll etməlidir“- deyə Putin parlamentin fraksiya rəhbərləri ilə görüşündə bildirib.

Prezident daha əvvəl tarixi adın bərpasının mümkünlüyündən danışıb. O, məsələyə baxmağa hazır olduğunu, ancaq rayon sakinlərinin istəklərini nəzərə almağın vacibliyini bildirib.

Dövlət başçısı qeyd edib ki, “Stalinqrad” adı ölkə tarixində böyük qələbə ilə bağlıdır. O, bu adın şəhərə uyğun ola biləcəyini söyləyib. Bununla belə, o vurğulayıb ki, adının dəyişdirilməsi ilə bağlı yekun qərarda Volqoqrad sakinlərinin əksəriyyətinin rəyi nəzərə alınmalıdır. Putin bu məsələdə şəhərin mövqeyini müəyyən etmək üçün sorğu keçirməyi təklif edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib