Dərc edilib: 20-09-2025

https://www.nuh.az/43038-.html

Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

20.09.2025 01:08:08

LIVE

Ruanda Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ruanda Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib