Dərc edilib: 21-09-2025

https://www.nuh.az/43060-.html

Bu ölkələr Fələstinin müstəqilliyini tanıdı

21.09.2025 21:02:22

LIVE

Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hər üç ölkənin baş nazirləri məlumat verib.

“1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləməkdən ibarətdir. Bu, suveren, demokratik yaşaya bilən Fələstin Dövlətinin yaradılmasını şərtləndirirdi”, - Kanada Baş naziri Mark Karni bildirib.

“Bu gün Fələstinlilər və İsraillilər üçün sülh və iki dövlətli həll ümidini bərpa etməyə görə Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır”, - Kir Starmer “X” sosial media səhifəsində yazıb.

Avstraliyanın Baş naziri Antoni Albanese xarici işlər naziri Penny Vong ilə birgə bəyanatında “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır” açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib