Dərc edilib: 22-09-2025

https://www.nuh.az/43064-.html

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gəldi

22.09.2025 22:50:14

Siyasət

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib