Dərc edilib: 23-09-2025

https://www.nuh.az/43067-.html

Fransa da Fələstin dövlətini tanıdı

23.09.2025 02:25:01

LIVE

Fransa Fələstinin müstəqilliyini tanıdığını bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda o, “Bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm”, - deyib.

Qeyd edək ki, daha öncə Kanada, Avstraliya və Böyük Britaniya da Fələstin dövlətini rəsmən tanıdıqlarını açıqlamışdılar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib