Dərc edilib: 23-09-2025

https://www.nuh.az/43073-.html

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəlib

23.09.2025 22:24:50

Siyasət

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər.

NUH.az   xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib