Dərc edilib: 24-09-2025

https://www.nuh.az/43076-.html

Alla Puqaçovaya qarşı proses başladıldı – İddia icraata götürüldü

24.09.2025 01:16:18

LIVE

Moskvanın Savelovski Məhkəməsi Rusiya xalq artisti Alla Puqaçovaya qarşı qaldırılan iddianı icraata qəbul edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, iddianı formal olaraq hüquqşünas və döyüş veteranı Aleksandr Treşçev imzalayıb.

O, jurnalist Katerina Qordeyevaya müsahibəsində Puqaçovanın çeçen xalqının qəhrəman oğlu Coxar Dudayev haqqında söylədiyi xoş sözlərdən narazı qaldığını iddia edir. Treşçevin formal fiqur olduğu onun iddia ərizəsindən də görünür: o, Puqaçovanın Rusiya  prezidentinə, ordusuna və hüquq-mühafizə orqanlarına böhtan atdığını, eyni zamanda Dudayevi təriflədiyini və bununla da, iddiaçının fikrincə, Rusiya xalqını təhqir etdiyini bildirir.

İddiaçı Alla Puqaçovanın fikirlərinə görə həbs olunmasını tələb edir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib