Vəkil Şaiq Mirzəyev Mikayıl İsmayılova məxsus Az-Qranata MMC-nin baş direktoru olub
Həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin dövlət qurumunda vəzifə tutması ilə bağlı məlumatlar yayılıb.
Məlumata görə, Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiridir.
Redaksiyamıza daxil olan məlumata görə, Şaiq Mirzəyev 2020-ci ildə “Az-Qranata” MMC-yə baş direktor təyin edilib. Amma uzun müddət işləyə bilməyib.
“Az-Qranata” MMC-nin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılova və ailəsinə məxsus olması barədə mediada xeyli məlumatlar yayılıb.