Dərc edilib: 30-09-2025

https://www.nuh.az/43144-.html

İtaliya Prezidenti Azərbaycandadır - Fotolar

30.09.2025 16:09:47

LIVE

İtaliya Prezidenti Sercio Mattarella bu gün Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib