Dərc edilib: 30-09-2025

https://www.nuh.az/43146-.html

Yeni GENERAL Anar İsmayılov kimdir?

30.09.2025 21:00:14

LIVE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.
52 yaşlı yeni general 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.
Müharibədən sonra A.İsmayılov Prezidentin Sərəncamı ilə "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, hazırda həmin Dövlət Xidmətində Baş idarə rəisidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib