Dərc edilib: 01-10-2025

https://www.nuh.az/43149-.html

AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır - Ramiz Mehdiyev

01.10.2025 11:02:45

Hadisə

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:
"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".

 

Qeyd  edək ki,  23 oktyabr 2019 – 14 fevral 2022-ci illərdə AMEA-nın prezidenti  cənab  Ramiz  Mehdiyev olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib