Dərc edilib: 03-10-2025

https://www.nuh.az/43174-.html

Erməni KONSULUN azərbaycanlı SEVGİLİSİ - AGENT

03.10.2025 11:01:30

LIVE

Ermənistan XİN-in dövlətə xəyanətdə ittiham olunan əməkdaşı Aşxen Arakelyanın işi üzrə ilkin istintaq tamamlanaraq məhkəməyə göndərilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən “Sputnik Ermənistan” yayıb. 

 İddiaya görə, XİN əməkdaşı vacib məlumatları sevgi münasibətləri yaşadığı Azərbaycan vətəndaşına ötürüb.

Xatırladaq ki, Ermənistanın Avstriyadakı konsulu olduğu bildirilən A.Arakelyan bu ilin iyununda İrəvanın “Zvarnots” aeroportunda saxlanılıb. Lakin hadisə ilə bağlı məlumat avqust ayında açıqlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib