Dərc edilib: 03-10-2025

https://www.nuh.az/43179-.html

Oqtay Şirəliyev VƏFAT ETDİ

03.10.2025 21:06:10

LIVE

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.


NUH.az   xəbər verir ki, sabiq nazir bu gün Şüvəlan qəsəbəsində dünyasını dəyişib.

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 

1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.

1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olub.

  

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.

2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı alıb.

O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.

Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi”nin direktoru idi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib