Dərc edilib: 04-10-2025

https://www.nuh.az/43185-.html

Elçin Şıxlının doğum günüdür - T Ə B R İ K

04.10.2025 12:37:08

Cəmiyyət

Çağdaş milli mətbuatımızın ən parlaq nümunələri kimi tanınmış "Ayna-Zerkalo" qəzetlərinin yaradıcısı, hazırda "Ayna.az" saytının və "Ayna TV"- nin təsisçisi Elçin Şıxlı bütün fəaliyyəti dövründə yüksək peşəkarlığı, prinsipiallığı və ədaləti ilə cəmiyyətimizdə böyük nüfuz qazanmış bir ziyalımızdır.
Ölkəmizdə ictimai-siyasi və mədəni proseslərə əsl vətəndaşlıq məsuliyyəti və əsl ziyalı mövqeyi ilə seçilən
Elçin Şıxlı peşə fəaliyyətinə yanaşmasındakı fədakarlığı, cəmiyyətə baxışlarındakı səmimiyyəti və milli mədəniyyətimizə münasibətində sədaqəti ilə yetişməkdə olan gənc jurnalistlər üçün nümunəvi bir örnək olmaq baxımından çox dəyərli bir şəxsiyyətdir.
Xalq Elçin Şıxlını görkəmli ictimai xadim və yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi tanıyır və sevir.
Hörmətli Elçin müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və bütün fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

Hörmətlə,
Cavanşir Feyziyev

NUH informasiya agentliyi səhifəsindən çap edilib