Dərc edilib: 04-10-2025

https://www.nuh.az/43187-.html

Ukraynada dron azərbaycanlının avtomobilinin üzərinə düşdü və HƏLAK oldu - Foto

04.10.2025 17:30:23

LIVE

Donetsk vilayətinin Konstantinovka şəhərinin Azərbaycan əsilli sakini, əslən Xaçmaz şəhərindən olan 1968-ci il təvəllüdlü Müzəffər Sabir oğlu Abbasov Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.


NUH.az   “Report”a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

 Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

Müzəffər Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib