Dərc edilib: 05-10-2025

https://www.nuh.az/43197-.html

Müəllimə dərs zamanı öldü (FOTO)

05.10.2025 14:30:55

Hadisə

Naxçıvanda müəllim məktəbdə vəfat edib.

Qaynarinfo xəbər verir ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.
Orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, 21 illik pedaqoji təcrübəyə malik Nailə Kamil qızı Budaqova dərs zamanı qəfil halı pisləşərək yıxılıb.
İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib