Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
NUH.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun çoxsaylı obyektlərində yoxlamalara başlayıb.
İlkin məlumata görə, Dövlət Vergi Xidməti Ağsu Tədris Mərkəzində yoxlama aparıb və qanun pozuntularına görə tədris müəssisəsi 15 min manat cərimə olunub.
Məlumat üçün qeyd edək ki, Ağsu Tədris Mərkəzi 2000-ci ildə fəaliyyətə başlayıb, direktoru Güvənc Türkmən Mirzəxanovdur.
Onu da qeyd edək ki, Ağsu şəhərində hazırda tədris mərkəzi, kurs kimi istifadə olunan bina Mikayıl İsmayılovun yeznəsi- bacısının əri Ərəstunun adınadır, ancaq Mikayıl İsmayılova məxsusdur. Və həmin bina Ağsu Tədris Mərkəzinə ayda 4000 manata icarəyə verilib. Ərəstun eyni zamanda Mikayıl İsmayılova məxsus Azqranat MMC-nin direktor müavinidir.
Binanın smeta sənədlərinə nəzər salanda məlum olur ki, binanın smeta dəyəri 7 MİLYON 600 MİN manatdır.
Görəsən Ərəstun ( daha doğrusu, Mikayıl İsmayılov ) bu milyonları necə qazanıb..?
Tədris Mərkəzindən daxil olan məlumata görə, direktor müəllimlərə deyib ki, qəti narahat olmayın, YOXLAMANI YOLA SALDIM..
Bakı şəhərində fəaliyyət göstərən və Mikayıl İsmayılova məxsus müalicə obyektlərində- klinikalarda da yoxlamaların getdiyi qeyd olunur. Məsələ ilə bağlı Mikayıl İsmayılova məxsus mobil nömrələrə zəng etsək də cavab vermədi.
Araşdırmamız davam edir, bizi izləyin.
NUH.az