Berdiməhəmmədov Qəbələdədir
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.