Dərc edilib: 08-10-2025

https://www.nuh.az/43230-.html

Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq

08.10.2025 10:07:40

LIVE

Azərbaycanda təşkil olunan III MDB Oyunlarına bu gün yekun vurulacaq. 

Qaynarinfo-nun məlumatına görə, yarışda sonuncu medalçılar müəyyənləşəcək.
Şəkidə bədii gimnastlar mübarizə aparacaq.
Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.
Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib