Dərc edilib: 09-10-2025

https://www.nuh.az/43242-.html

Prezident Tacikistana səfərə getdi (FOTO)

09.10.2025 14:31:55

Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib.
 
Qaynarinfo xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib