Dərc edilib: 12-10-2025

https://www.nuh.az/43270-.html

Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA

12.10.2025 00:35:01

LIVE

Minnesota Universitetinin 20 illik müşahidəsi göstərib ki, evində pişik saxlayan insanların infarkt nəticəsində ölüm riski 33 faiz azalır.

Musavat.com xəbər verir ki, tədqiqat 4 mindən çox iştirakçı arasında aparılıb və nəticələr pişiklərin insan sağlamlığına real faydasını təsdiqləyib.

Kardioloq Mariano Napoli bildirib ki, pişiklə təmas stressi azaldır, qan təzyiqini və nəbz tezliyini normallaşdırır:

“Pişiklər emosional vəziyyəti sabitləşdirir, ürəyi qoruyur və insanın uzunömürlülüyünə töhfə verir”.

Əvvəllər itlərin ürək-damar xəstəliklərinə qarşı müsbət təsiri vurğulanırdı, lakin indi məlum olub ki, pişiklər bu sahədə daha güclü “terapevt” sayılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib