Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə terror qruplaşmalarına dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə “Geo” telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Hərbi əməliyyatlara artilleriya qurğuları, tanklar, qırıcı təyyarələr və pilotsuz uçuş aparatları (PUA) cəlb olunub. Pakistan tərəfi bildirib ki, əməliyyatlar yalnız yaraqlıların mövqelərinə qarşı yönəlib və mülki əhali hədəf alınmayıb.