Dərc edilib: 14-10-2025

https://www.nuh.az/43296-.html

Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ

14.10.2025 10:57:31

İdman

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  xanım Mehriban Əliyevaya,

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova,

Azərbaycan Respublikasının Milli Məclisinin  sədri  xanım Sahibə Qafarovaya,

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə,

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Xidmətinin  rəisi cənab Əli Nağıyevə,

Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova,

SOCAR-ın prezidenti  cənab  Rövşən  Nəcəfə,

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri  cənab Fuad Ələsgərova

 

                               M Ü R A C İ Ə T

 

Biz  bir qrup  Ağsu  rayon  sakinləri  olaraq dəfələrlə Prezident Administrasiyasına, Baş nazirə, Milli Məclisə, , Dövlət Təhlükəsizlik Xidmətinə, Baş prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, İqtisadiyyat Nazirliyinə və digər  dövlət qurumlarına  müraciət edərək SOCAR-ın  sabiq  vitse-prezidenti  Mikayıl İsmayılovun korrupsiya əməllərinin, dəyəri yüz milyonlar olan əməlakının maliyyə mənbəyinin araşdırılmasını və hüquqi qiymət  verilməsini tələb etmişik.

Uzun illər  dövlət  qurumlarında çalışan və konkret məbləğdə əmək haqqı alan Mikayıl İsmayılov dəyəri 100  milyonlarla  ölçülən bu qədər  mülkləri, şirkətləri, tibbi  klinikaları  və s  nəyin hesabına  və hansı pulla əldə  edib ?

Cənab Prezident !

Biz sakinlər  hər dəfə öz müraciətimizdə Sizə güvəndiyimizi  və  bu məsələnin araşdırılıb  hüquqi  qiymət  veriləcəyinə ümid etdiyimizi  dönə-dönə  qeyd etmişik.

Təəssüf ki, bizim yüzlərlə müraciətimizə heç bir müvafiq  dövlət  qurumu  cavab verməyib.

Cənab Prezident !

Son vaxtlar ortaya  çıxan, uzun illər  Mikayıl İsmayılovun rəhbərliyi altında  SOCAR-da rəhbər vəzifədə çalışan Adnan Əhmədzadənin həbsi ilə bağlı  məsələ də Mikayıl İsmayılovun  fəaliyyətinə  yenidən baxılmasını  zəruri  edir.

Möhtərəm Prezidentimiz, biz Ağsu sakinləri Sizdən xahiş  edirik, bizim Mikayıl İsmayılovla  bağlı  müraciətlərimizə müvafiq  dövlət orqanlarının konkret  cavab verməsi üçün göstəriş  verəsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib