Dərc edilib: 15-10-2025

https://www.nuh.az/43318-.html

Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov

15.10.2025 13:54:29

Dünya

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı iddialar yayılıb.


NUH.az   xəbər verir ki, "Teleqraf" məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb.

O, açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Mən heç bir istintaqa cəlb olunmamışam. Mənim hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?”

Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib