Dərc edilib: 16-10-2025

https://www.nuh.az/43324-.html

İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili

16.10.2025 09:54:07

Siyasət

Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin Düşənbədə keçirilən görüşünü şərh edib.

 
“Qafqazinfo” xəbər verir ki, M.Saakaşvili bu barədə feysbuk hesabında paylaşım edib. 

“İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və digərlərinə nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülürlər”, – eks-prezident bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib