Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
Xəbər verdiyimiz kimi, oktyabrın 16-sı Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Xatırladaq ki, Azərbaycan lideri oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı ilə görüşüb.