Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.
NUH.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev bildirib.
Qeyd edək ki, bir neçə gün öncə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından da çıxarılacağını açıqlayıb.