Dərc edilib: 18-10-2025

https://www.nuh.az/43336-.html

Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi

18.10.2025 01:57:12

LIVE

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, müharibənin dayandırılması naminə Rusiya prezidenti Vladimir Putinlə istənilən formatda danışıqlara hazırdır.

Musavat.com xəbər verir ki, Zelenski müharibənin bitməsi üçün dialoqun vacibliyini vurğulayıb:

“Əvvəlcə düşünürəm ki, biz oturub danışmalıyıq. İkinci məsələ – atəşkəsə nail olmaqdır. Hətta indi Yaxın Şərqdə də görürsünüz ki, atəşkəs rejimini qorumaq nə qədər çətindir”, – deyə o qeyd edib.

Ukrayna lideri əlavə edib ki, ədalətli sülh naminə Putinlə “ikitərəfli və ya üçtərəfli formatda” görüşməyə hazırdır. Onun sözlərinə görə, münaqişənin diplomatik yolla həlli üçün bütün imkanlar nəzərdən keçirilməlidir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib