Dərc edilib: 18-10-2025

https://www.nuh.az/43342-.html

35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR

18.10.2025 15:56:07

Hadisə

Telman Xudam  oğlu  Qurbanov  35 il  əvvəl,  17  oktyabr  1990-cı  ildə  QƏTLƏ  YETİRİLİB. 

 

Bu  gün  Azərbaycan Elmlər Akademiyasının  müxbir  üzvü, 1970–1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1983–1985-ci illərdə direktor vəzifəsinin icraçısı, 1985–1990-cı illərdə laboratoriya müdiri işləmiş  Telman  Qurbanovun  qətlindən  35 il keçir.  Bu günədək bu qətlin üstü  açılmır, daha  doğrusu, dəyişən hakimiyyətlər, hətta  1 illik AXC  HAKİMİYYƏTİ  də   bunun açılmasında  maraqlı  deyildi. 

Böyük  alimin barəsində wikipediya-da ancaq bunlar yazılıb.:

 

Telman Qurbanov  1936-cı il noyabrın 6-da Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. 1955-ci ildə 1 saylı Naxçıvan şəhər orta məktəbini qızıl medalla bitirib, 1955-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1960-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib.

1968-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1982-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1983-cü ildə isə professor elmi adını alıb, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

Telman Qurbanov 17 oktyabr 1990-cı ildə, Bakıdakı evinin qapısında qətlə yetirilmişdir. 


Sual: Evinin  qapısında, yoxsa  Elmlər Akademiyasındakı  KABİNETİNDƏ ? 

Bir illik  AXC  hakimiyyəti  bu qətlin üstünü  niyə  açmadı ? 

Nə üçün  35 ildə bərkgedən müxalifət   mediası  bu barədə bircə cümlə də yazmadı ? 

 

NUH.az




NUH informasiya agentliyi səhifəsindən çap edilib