Şimali Kiprin yeni prezidenti o oldu
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib.