Dərc edilib: 20-10-2025

https://www.nuh.az/43356-.html

Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu

20.10.2025 09:51:03

İqtisadiyyat

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə deputat Elman Nəsirov arasında “Media Türk”ün efirində baş tutan debatda gərginlik yaşanıb. 

Globalinfo.az xəbər verir ki, gərginlik ev dustaqlığına buraxılan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı olub.

Belə ki, Sərdar Cəlaloğlu hələ 2010-cu ildə nəşr etdirdiyi kitabında Ramiz Mehdiyevin fəaliyyəti, onun yanlış fikirlərini, qərəzli yanaşmalarını qeyd etdiyini bildirir.

Diqqətçəkən məqam Sərdar Cəlaloğlunun 2013-cu ildə yayımlanan məqaləsində onun fikirlərini yüksək qiymətləndirməsidir:

“…Özümə məhrəm bildiyim dostlarımdan birinə ürəyimi ağrıdan bu vəziyyətdən gileylənərkən “Ramiz Mehdiyev Sizinlə eyni mövqedən Şah İsmayılı müdafiə edən məqalə yazıb” deyəndə əvvəl inanmadım, düşündüm zarafat edir. Amma onun ciddi danışdığını görüb Ramiz Mehdiyevin Şah İsmayıla həsr etdiyi məqaləsini təkrar-təkrar oxuduqdan sonra bu qənaətə gəldim ki R.Mehdiyev həqiqətən də tutduğu mövqedən çəkinmədən, üzərinə səlib yürüşü təşkil edilən bir zaman vaxt tapıb vətəndaş kimi vəzifəsini yerinə yetirməyi bacarmışdır… 

…Adətən bizim alimlər bir məqalədə yalnız fars müəlliflərinin əleyhinə yazanda özləri istəmədən də Azərbaycan tarixinə rus baxışını, əksinə rus-sovet alimlərinin əleyhinə çıxanda fars baxışının tərəfdarı vəziyyətinə düşürlər. Ramiz Mehdiyev bundan fərqli olaraq eyni zamanda, paralel olaraq fars və rus məktəblərinin yetirmələrinə cavab verməklə əslində tariximizə milli baxışın klassik nümunəsini ortaya qoyur… 

…Haqlı sözə nə deyəsən. Bu, təkcə alim mövqeyi deyil, hər şeydən öncə, bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyidir”.

…R.Mehdiyev rəsmi mövqeyinə və vaxtı ilə Konstitusiyadan türk sözünü çıxaran bir siyasi qütbün nümayəndəsi olmasına baxmayaraq, öz vətəndaş mövqeyini çox aydın və qəti şəkildə türkçü kimi ortalığa qoyur və Şah İsmayıl hər şeydən öncə bir türk kimi, türk olaraq müdafiə edir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib