Dərc edilib: 20-10-2025

https://www.nuh.az/43361-.html

İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)

20.10.2025 16:44:35

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə yollanıb.
Qaynarinfo xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)

NUH informasiya agentliyi səhifəsindən çap edilib