Adnan Əhmədzadənin işində Azərbaycan neftindən oğurlanan pulların GMZ RENTAL CAR vasitəsilə yuyulması...
"GMZ RENTAL CAR" vasitəsilə Azərbaycan neftindən oğurlanan pulların Yuyulması İddiası:
Bir şəxs ittiham olunub, digəri haqqında şərhi şayiələr yayılıb
Son günlərdə ictimaiyyətə yayılan məlumatlara və etibarlı mənbələrdən əldə edilən bilgilərə görə, avtomobil kirayə biznesi vasitəsilə həyata keçirildiyi iddia olunan nəhəng pul yuma sxemi ilə bağlı detallar aydınlaşmaqdadır.
Məlumata görə, işdə əsas günahlandırılan şəxslərdən biri – Adnan Əhmədzadə – artıq rəsmi olaraq ittiham edilmiş və ona qarşı cinayət işi başlanılmışdır. İddianamədə onun qanunsuz yollarla əldə edilmiş böyük məbləğdə vəsaitləri “təmizləmək” məqsədilə “Rentl car” şirkətini pərdə kimi istifadə etdiyi göstərilir.
İş yalnız bununla bitmir. Etibarlı mənbələr, Adnan Əhmədzadənin ən yaxın iş tərəfdaşlarından biri hesab edilən İlham Qədimbəyli haqqında da çoxsaylı və ciddi ittihamların və şərhi şayiələrin ictimaiyyət arasında sürətlə yayıldığını bildirir. Mənbələr onun da həmin sxemdə aktiv iştirakçı olduğunu və ittiham olunan şəxsə bilərəkdən kömək etdiyini iddia edir.
Bundan əlavə, araşdırma materiallarında adı keçən üçüncü şəxs – ərəb əsilli Saed Al Qubaisi haqqında qeyd olunur ki, onun adı şirkət sənədlərində hallandığı üçün istintaq materiallarına daxil edilib. Lakin onun bu işdə konkret rolu və məsuliyyəti yalnız məhkəmə prosesi yekunlaşdıqdan sonra dəqiq müəyyən ediləcək.
Beləliklə, mənbələr üç əsas şəxsin – biri artıq rəsmi ittiham olunan (Adnan ƏhmadzadƏ) digəri haqqında şayiələr güclənən (İlham Qədimbəyli) və sənədlərdə adı keçən ərəb əsilli şəxs (Saed Al Qubaisi) – avtomobil kirayə biznesi vasitəsilə vəsaitləri “yumaq” məqsədilə birgə hərəkət etdiklərini iddia edir.
Məsələ ilə bağlı rəsmi mövqe və məhkəmə qərarı gözlənilir.
NUH.az