Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
Ötən il UEFA Avropa Liqasının liqa mərhələsi çərçivəsində baş tutan “Qarabağ” - “Ayaks” oyunu maraqlı bir tanışlığın başlanğıcı olub.
“Qafqazinfo” xəbər verir ki, həmin matç üçün Bakıya gələn niderlandlı azarkeş Dieqo Bakker həmyerlimiz Lətifə Civəzadə ilə tanış olub və cütlük bu il ailə həyatı qurub.
Lətifə Civəzadə Bakker bildirib ki, tanışlıq ötən ilin oktyabrında hava limanında baş verib:
“Dieqo ilə təsadüfən tanış olduq. Ona ölkəmiz haqqında məlumat verdim. Daha sonra Bakıda görüşdük və 10 ay sonra evləndik”.
“Uşaqlıqdan “Ayaks” azarkeşiyəm və ötən il futbola görə Azərbaycana gəlmişdim. Amma bu səfər mənə həyat yoldaşımı qazandırdı. İndi “Haralısan?” deyəndə “Goranboydanam” cavabını verirəm. Belə deməyi isə goranboylu həyat yoldaşım Lətifə öyrədib”.
Daha ətraflı “ASAN TV”nin materialında: