Qazaxıstanda ağır qəza - 12 ölü
Qazaxıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Tengrinews”a istinadən xəbər verir ki, Samara-Şımkent avtomobil yolunda yük avtomobili ilə sərnişin mikroavtobusu toqquşub.
Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.
İlkin məlumata görə, qəzaya səbəb yük maşınının qarşı hərəkət zolağına çıxması olub.