Dərc edilib: 24-10-2025

https://www.nuh.az/43400-.html

Noyabrda 12 gün iş olmayacaq - Tarixlər

24.10.2025 01:34:36

LIVE

NUH.az    modern.az-a istinadən xəbər verir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq.

Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir:

1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.

Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq.

Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib