Keçmiş Prezident həbsxanada BABA oldu
Fransanın keçmiş Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, 69 yaşlı siyasətçinin oğlu Lui Sarkozi və onun həyat yoldaşı Natalinin oğulları dünyaya gəlib. Körpəyə babasının şərəfinə Silla Nikola adı verilib.
“Dünən valideyn olduq. Oğlumuz Silla Nikola Sarkozini sizə təqdim etməkdən xoşbəxtik. Qoy o, güclü və müdrik böyüsün”.
Xatırladaq ki, Nikola Sarkozi hazırda korrupsiya və qanunsuz seçki kampaniyası maliyyələşdirməsi ittihamı ilə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkir. O, həbsə düşməzdən əvvəl ailəsinin onun üçün “əsas dayaq” olduğunu bildirmişdi. Onu da əlavə edək ki, Sarkozinin böyük oğlu Janın da iki övladı var.
