Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında mən Partiyanın yeni sədri seçilmişəm.
Bunu APA-ya açıqlamasında Elçin Ağamalı bildirib.
Elçin Ağamalı deyib ki, qurultayda atası Fəzail Ağamalı sədr postundan istefa verib.
"Sədr postuna 4 nəfər namizəd olub. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultday nümayəndəlrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsindən 100-dən artığının səsi ilə mən sədr seçildim”.
14.41
Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.
Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.
Faktı Elçin Ağamalı da Demokrat.az-a təsdiq edib:
"Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm".
***
Fəzail Ağamalı məsələ ilə bağlı APA-ya açıqlama verib. Sabiq dutat bildirib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib. Yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
