İrlandiyanın yeni Prezidenti o oldu
İrlandiyada keçirilən Prezident seçkilərində müstəqil namizəd Ketrin Konnolli qalib gəlib.
Qeyd edək ki, xanım Prezident 1957-ci il iyulun 12-də Qalvey şəhərinin ətrafında anadan olub. O, ixtisasca kliniki psixoloq və hüquqşünasdır, uzun illər vəkil və Qalveyin meri vəzifəsində çalışıb. 2016-cı ildən İrlandiya parlamentinin – Nümayəndələr Palatasının deputatı, 2020-2024-cü illərdə isə parlamentin sədr müavini olub.