İlham Əliyev avstriyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Federal Prezident,
İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.