Dərc edilib: 27-10-2025

https://www.nuh.az/43432-.html

XX əsrin ən gözəl oğlanı vəfat etdi

27.10.2025 10:52:46

LIVE

İsveçli aktyor və musiqiçi Byorn Andresen vəfat edib.

Bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 70 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.

O, İtaliyanın "Venesiyada ölüm" filmində baş rolu oynadıqdan sonra beynəlxalq şöhrət qazanıb. Filmin rejissoru Luçino Viskonti onu "XX əsrin ən gözəl oğlanı" kimi xarakterizə edib.

2021-ci ildə Andresen eyni adlı sənədli filmdə mərkəzi fiqur olub./Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib