Dərc edilib: 29-10-2025

https://www.nuh.az/43453-.html

General Mirzəyev 9 il azadlıqdan məhrum edildi

29.10.2025 02:12:14

LIVE

Rusiya Milli Qvardiyasının maddi-texniki təminat üzrə keçmiş rəis müavini, azərbaycanlı general Mirzə Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


NUH.az     Globalinfo.az-a istinadən xəbər verir ki, Rostov-na-Don qarnizonu hərbi məhkəməsi Mirzəyevi 9 il müddətinə ciddi rejimli islah koloniyasında cəza çəkib.

O, xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etməkdə və rüşvət almaqda təqsirli bilinib. 

 

53  yaşlı  Mirzə Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İstintaqın məlumatına görə, o, 2023-cü ildə yığma tikinti modulları istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl rüşvət alıb. İşin ümumi dəyəri 479,9 milyon rubl təşkil edib. Sövdələşmənin müqabilində Mirzəyev müqavilə məbləğinin artırılmasını təklif edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib