Dərc edilib: 29-10-2025

https://www.nuh.az/43457-.html

TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...

29.10.2025 13:57:24

Region

Dahi  Nizami Gəncəvi  özünün “İsgəndərnamə” əsərinin  “İqbalnamə” bölməsində yazırdı:

 

Rütbələr içində seçilir biri –

Hamıdan ucadır alimin yeri !

 

Dahi şairin  dövründə bugünkü kimi dissertasiya yazmaq, müdafiə etmək, alim olmaq yox idi. Və şair ALİM deyəndə öz  PEŞƏSİNİ sevən, mükəmməl bilən, xalqa xidmət edən şəxslərdən bəhs edirdi. Bu mənada MÜƏLLİM də, HƏKİM də, HAKİM də və s ALİM ola bilər.

Bütün peşələr cəmiyyət üçün faydalıdır. O cümlədən HƏKİM PEŞƏSİ.

Məlumdur ki, həkim peşəsi dünyanın ən qədim peşələrindən biridir və  hər yerdə ona tələbat böyükdür. Hər bir insan ömrü  boyu  dəfələrlə  həkimlərə müraciət edir.

Biz insanlar öz həyatımızı, ömrümüzü həkimlərə etibar edirik. Həkimlər həyatımızı xilas edir, bizi yenidən həyata qaytarır, yenidən sağlamlıq bəxş edirlər.

Ulu öndər Heydər Əliyev həkimlər haqqında deyirdi:

“Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.

Ulu Öndərin dediyi kimi cəmiyyətimizə, vətəndaşlarımıza, xalqımıza lazım olan, şərəfli həkim  adını layiqli  daşıyan həkimlərimizdən biri də Ağsu Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Gülnarə xanım Muxtarovadır.

Təəssüflə qeyd etməliyik  bir neçə  gün əvvəl  Gülnarə  xanım ÖZ ƏRİZƏSİ İLƏ vəzifəsindən azad olunub.

Ümid  edirik ki, TƏBİB-in rəhbərliyi  belə təcrübəli, peşəsini sevən, məsuliyyəti şəxsin layiq olduğu qiyməti  verəcək və Gülnarə xanım yenidən xalqımızın  xidmətində olacaqdır.

Yeri gəlkmişkən, Gülnarə xanımın ömür yoluna qısa nəzər salaq.

Məlumat üçün qeyd edə ki, Gülnarə Muxtarova 1965-ci ildə Bakı şəhərində anadan olub.

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində, 1989-1990-cı illərdə Respublika Klinik Xəstəxanasında internatura təhsili alıb.

1990-2003-cü illər ərzində Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist, 2003-2018-ci illərdə həkim-məsləhətçi, 2018-2024-cü illər ərzində isə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 20 nömrəli Uşaq Poliklinikasında baş həkimin müavini kimi fəaliyyət göstərib.

Və həmişə vətəndaşların, işlədiyi kollektivin dərin hörmətini qazanıb.

Bütün bunları  nəzərə alan TƏBİB-in rəhbərliyi 2024-cü ilin sonunda yüksək  etimad göstərərək  Gülnarə Muxtarovanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edib.

Bu vəzifədə çalışdığı qısa müddətdə, yəni 1 ildən də az  vaxtda Gülnarə həkim kollektivdə sağlam mühit yarada bildi. Günün istənilən vaxtında özü xəstələrə baş çəkir məsləhətlərini verirdi. Ən önəmlisi  odur ki, Gülnarə xanım şəhid  ailələrinə, Qarabağ Mühariəsi  veteranlarına  xüsusi qayğı ilə yanaşırdı.

Bir  sözlə, Gülnarə Muxtarova  az  vaxtda Ağsu sakinlərinin böyük hörmətini qazana bilmişdi.

Gülnarə Muxtarova bütün tədbirlərdə dönə-dönə qeyd edirdi ki, “Çağdaş səhiyyəmizin himayədarı Mehriban xanım Əliyevadır”.

Onu da qeyd edək ki, müasir tibbi avadanlıqlardan, texnologiyalardan öncə HƏKİMDƏN ŞƏFQƏT, İNSANİ MÜNASİBƏT tələb olunur. Bu mənada deyilir ki, SÖZLƏ də insanı müalicə etmək olar. Bu mənada  Gülnarə həkim yüksək insani dəyərlərə malikdir.

Sonda bir daha ümid edirik ki, TƏBİB-in rəhbərliyi cəmiyyətimizin Gülnarə Muxtarova kimi peşəkar, xalqına və dövlətinə bağlı mütəxəssisə ehtiyacını nəzərə alacaqdır.  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib