Dərc edilib: 30-10-2025

https://www.nuh.az/43470-.html

Dəfn olunan İTKİN - ŞƏHİDİN anası: İndi RAHAT ÖLƏ BİLƏRƏM

30.10.2025 22:01:22

Günün sitatı

Bu gün Şirvan şəhərində dəfn olunan itkin-şəhid Cəmil Rəhimovun anası Pəri Rəhimova 33 illik həsrətinə son qoyulduğunu bildirib.
P.Rəhimova "Report"un Aran bürosuna açıqlamasında bildirib ki, artıq gözü arxada qalmadan rahat ölə bilər.
"33 ildir Cəmilimin yolunu gözləyirdim. Axır ki, balam gəldi, yanımdadır. İndi rahat ölə bilərəm. Həmişə başqa şəhid valideynlərinə deyərdim ki, siz bəxtəvərsiniz, heç olmasa balanızın qəbri var. Heç olmasa gedib məzarını ziyarət edə bilirsiniz. Amma mənim gedəcəyim bir məzar belə yox idi. İndi mənim də oğlumun qəbrini ziyarət edəcəyim məzarı var", - itkin-şəhidin anası qeyd edib.
Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb. O, bu gün Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn edilib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib