Dərc edilib: 31-10-2025

https://www.nuh.az/43473-.html

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

31.10.2025 11:07:30

Günün sitatı

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.
Məlumatı klinikadan saytımıza təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. 
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. 
Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına "stop” qoyulub.  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib