Dərc edilib: 31-10-2025

https://www.nuh.az/43476-.html

Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı

31.10.2025 12:29:08

Siyasət

Milli Məclis 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

NUH.az   xəbər verir ki, Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanması təklif edilib.
Təklif deputatlar tərəfindən dəstəklənib.
Milli Məclisin Zəfər Günü ilə bağlı Bəyanatında hər bir deputatın arzu və istəklərinin əks olunduğu bildirilib və Bəyanat səsə qoyularaq qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib